Bir azan səsiylə oyanım gərək
Ya Rəbbim, Sən mənə ikinci şans ver,
Ölüm, mən təzədən yaranım gərək.
Nə edim, ağlımdan çıxartmaq üçün,
Bu yaşda məzara uzanım gərək?
Ya da bu olanlar bir yuxu olsun,
Bir azan səsiylə oyanım gərək.
Ya da ki, bədənə güc, qüvvət bəxş et,
Ayaqda birtəhər dayanım gərək.
Gözümün yaşını itirmək üçün,
Yağışın altında islanım gərək.
Bir xəyal qurmuşdum o insanla mən,
Gedib o xəyala yaslanım gərək.
#RəhimMehdiyev







