ice berg

ice berg Mətbəx 29-11-2025, 14:00

Doyurucu və sərfəli axşam yeməyi - RESEPT

Doyurucu və sərfəli axşam yeməyi - RESEPT

Mürəkkəb yeməklərə vaxtınız çatmır, amma ev yeməyi dadı istəyirsiniz? Bu resepti sınayın axşam yeməyi olduqca ləzzətli alınır və bir neçə dəqiqəyə hazırlanır. Bu yemək böyüklərin də, uşaqların da xoşuna gələcək. Hazırlanması çox sadədir: ərzaqları perqament kağızına büküb tavada bişirirsiniz həm sürətli, həm də əziyyətsiz.

 

Loading.aZ bu resepti təqdim edir:

 

İnqrediyentlər:

Toyuq döş əti - 400 q

Soğan - 1 ədəd

Kök - 1 ədəd

Kartof - 500 q

Yağ - 30 ml

Soy sosu - 30 ml

Sarımsaq - 1 diş

Duz, istiot, ədviyyatlar - zövqə görə

 

Hazırlanma prosesi:

 

Toyuq filesini orta ölçülü kub şəklində doğrayırıq. İstəyə görə onu başqa növ ətlə də əvəz edə bilərsiniz. Duzlayırıq, istiotlayırıq və kənara qoyuruq. Soğanı nazik yarımhalqa, kökü də eyni formada doğrayırıq. Kartofu kiçik kub şəklində kəsirik. Bütün tərəvəzləri böyük bir qaba alıb, üzərinə toyuq filesi, bitki yağı, soya sousu, duz, istiot və əzilmiş sarımsağı əlavə edirik. Ətir üçün sevdiyiniz ədviyyatları paprika, xmeli-suneli və ya başqalarını da qatmaq olar. Hər şeyi yaxşıca qarışdırırıq. 26×26 sm ölçüdə perqament vərəqləri hazırlayırıq. Hər vərəqin ortasına ət və tərəvəz qarışığından bir porsiya qoyub, uclarını diqqətlə bükərək kisəcik formasında bağlayırıq. Kisəcikləri tavanın içinə “bükülmə yeri yuxarı” olacaq şəkildə düzürük. Qapağı bağlayıb zəif odda 15 dəqiqə bişiririk. Daha sonra kisəcikləri çevirib digər tərəfini də 10 dəqiqə bişiririk tam hazır olana qədər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 173 193 188 208 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.