AzizA

AzizA Mətbəx 2-12-2025, 09:30

Ən asan almalı keks resepti

Ən asan almalı keks resepti

Bu reseptdə çırpmağa ehtiyac yoxdur, quru ərzaqları olduğu kimi istifadə edirsiniz.

Loading.Az asan hazırlanan almalı keks reseptini təqdim edir:

Tərkibi

Biskvit üçün:

  • 1.5 stəkan un
  • 1.5 stəkan manna
  • 1 stəkan şəkər
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 8-9 ədəd alma (2 yemək qaşığı şəkər və darçın əlavə olunur)

Sous üçün:

1 yemək qaşığı kərə yağı

1.5 stəkan süd

Üzəri üçün pudra şəkəri

Hazırlanma Qaydası

Bütün quru ərzaqları qarışdırın və qarışımın bir hissəsini keks qəlibinə yayın.

Rəndələnmiş almaları şəkər və darçınla qarışdırın və qarışımın bir hissəsini keksin üzərinə qoyun. Bu addımı təkrar edərək qat-qat yerləşdirin.

Kərə yağı və südü bir qədər qızdırın və keksin üzərinə tökün.

Keksi 180°C-də alt-üst istidə olan sobada təxminən 1 saat bişirin.

Servis Qaydası

Keks hazır oldub, soyuduqdan sonra üzərinə pudra şəkəri səpmək tövsiyə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 224 196 202 185 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.