AzizA

AzizA Mətbəx 2-12-2025, 15:30

Mağazadakı kimi çuğundurlu marinad edilmiş kələm resepti

Mağazadakı kimi çuğundurlu marinad edilmiş kələm resepti

Təzə ağ kələmdən hazırlanmış iştahaaçan və pikant qəlyanaltını hazırlamaq çox asan və sadədir. Bu üsulla hazırlanmış marinad edilmiş kələm bayram süfrəsində ayrıca yemək kimi belə təqdim oluna bilər.

İnqrediyentlər:

böyük ölçülü kələm

200 qram təmizlənmiş, saman şəklində doğranmış çuğundur

100 qram kərəviz kökü

50 qram təmizlənmiş sarımsaq1

çay qaşığı küncüt

1 litr su

45 qram duz

2 xörək qaşığı bal

Hazırlanma üsulu

1. Kələmi sizin üçün rahat olan orta ölçülü istənilən formalı tikələrə doğrayın.

2. Təzə çuğunduru qabığından təmizləyin və nazik saman formasında doğrayın. Kərəviz kökünü də eyni qaydada doğrayın.

3. Marinadlanmış kələmi hazırlayacağınız dərin qabı götürün və qat-qat yerləşdirməyə başlayın:

əvvəl kələm,

sonra çuğundur,

ardınca kərəviz.

Hər qat arasına doğranmış sarımsaq və bir az küncüt (tmin) əlavə edin. Bütün inqrediyentlər bitənədək bu ardıcıllıqla davam edin.

4. Marinadı hazırlayın: isti suya bal və duz əlavə edib yaxşı qarışdırın ki, tam həll olsun. Sonra bu marinadı tərəvəzlərin üzərinə elə tökün ki, su onların səthini azacıq örtəcək qədər olsun.

5. Qabın ağzını tənziflə örtün və 7-14 °C temperaturda olan qaranlıq bir yerə qoyun.

6. İki həftədən sonra çuğundurlu marinad edilmiş kələmi dadmaq olar. Kələm vahid rəng aldıqda tam hazır sayılır.

7. Bundan sonra qabı qapaqla bağlayın və sərin yerdə saxlayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 190 213 190 197 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.