Gülüm, sən nə yaman gözəlləşmisən?!
Məhəbbət toxunub yanaqlarına,
Gözləri qaynayan büllur çeşməsən.
Gəl, məni qərq elə gözəlliyinə,
Gülüm, sən nə yaman gözəlləşmisən?!
Gül-çiçək bürüyüb bütün çölləri,
Yoxsa bu çöllərdən gəlib-keçmisən?
Mən sənə könlümü açandan bəri,
Gülüm, sən nə yaman gözəlləşmisən?!
Daranıb, bəzənib baxışlarınla
Elə bil baharı təkcə içmisən.
Gözlərin yaşınır kirpiklərinlə,
Gülüm, sən nə yaman gözəlləşmisən?!
#FikrətQoca







