ice berg

ice berg Programlar 5-12-2025, 21:00

"X"də istifadəçi adları satılmağa başlandı

"X"də istifadəçi adları satılmağa başlandı

"X" sosial şəbəkəsi "Premium+" abunəçiləri üçün istifadəçi adlarının marketpleysinə çıxışı açıq elan edib.

 

Loading.aZ "Engadget"ə istinadən xəbər verir ki, proqram iştirakçıları əvvəllər qeyri-aktiv hesablar tərəfindən tutulmuş istifadəçi adları üçün sorğu təqdim edə bilərlər.

 

Platforma mövcud istifadəçi adlarını iki kateqoriyaya bölüb: nadir və prioritet. "X" ən dəyərli adları bir sözdən, slengdən və ya minimum sayda simvoldan ibarət istifadəçi adlarını nadir hesab edir.

 

Açıq sorğuların məlumatlarına görə, @memelord, @phone, @gr0k və @AIchat kimi variantlar potensial əlçatan hesab olunur. Eyni zamanda, istifadəçiyə hesabın mövcud olduğu müddət ərzində prioritet ad üçün yalnız bir sorğu cəhdi verilir.

 

Əldə edilmiş istifadəçi adının qorunmasına görə "X" fəallıq üçün ciddi tələblər təqdim edib: istifadəçilər mütəmadi olaraq məzmun dərc etməli, qarşılıqlı əlaqədə (cavablar, repostlar, müzakirələr) iştirak etməli və ən azı 30 gündə bir dəfə hesaba daxil olmalıdırlar. Bu şərtlər pozularsa, platforma istifadəçi adını geri götürmək hüququnu özündə saxlayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 256 227 237 263 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.