ice berg

ice berg İslam Dini 8-12-2025, 17:00

Yalançı və doğru fəcr nə deməkdir?

Yalançı və doğru fəcr nə deməkdir?

Fəcr – Günəşin doğuşu deməkdir, amma bu, Günəşin çıxmasından fərqlənir. Belə ki, fəcr o zamana deyilir ki, Günəşin hələ özü yox, şüaları üfüq arxasından görünməyə başlayır. Günəşin özünün (diskinin) üfüq arxasından görünməyə başlaması isə artıq sübh namazının vaxtının bitməsinə işarədir. Şəriətdə fəcr iki növə bölünür: doğru fəcr (fəcri-sadiq) və yalançı fəcr (fəcri-kazib). Fəcri-kazib üfüq arxasından Günəş şüalarının əlaməti olan ağ ləkənin şaquli istiqamətdə yüksəldiyi andır. Diqqət yetirilməlidir ki, fəcri-kazib zamanı bu ağ ləkə bütün üfüq boyunca deyil, yalnız kiçik bir hissədə üzü yuxarı yüksəlir (qulaq şəklində). Fəcri-kazib hələ sübh namazının vaxtının girməsini göstərmir, sübh namazını qılmaq üçün fəcri-sadiqi gözləmək lazımdır. Bu zaman Günəş şüalarının əlaməti olan ağ zolaq bütün üfüq boyunca görünməyə başlayır. Fəcri-sadiqlə fəcri-kazibin vaxtı barədə məzhəblərin və eyni məzhəb daxilində alimlərin fikirləri fərqlidir.

 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 235 262 226 266 246

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.