ice berg

ice berg İslam Dini 9-12-2025, 17:00

Süfyani kimdir?

Süfyani kimdir?

Dünyanın sonuna yaxın Həzrət Mehdinin (ə) zühurundan qabaqkı əlamətlərdən biri də Süfyaninin meydana çıxmasıdır. Süfyani də Dəccal kimi mənfi obrazdır. O, Əməvilər sülaləsindən, Əbu Süfyanın, Müaviyənin və Yezidin nəslindən olacaq. Böyük bir qoşuna başçılıq edəcək. Öz qoşunu ilə iri şəhərlərə, o cümlədən Məkkə, Mədinə və Kufəyə hücumlar edəcək. Çox insanı, əsasən Əhli-beyt tərəfdarlarını öldürəcək. Onun əsas məqsədi İmam Mehdinin (ə) zühurundan əvvəl meydana çıxan və zühura hazırlıq görən müsbət şəxsiyyətlərlə döyüşmək, Mehdinin (ə) zühuruna mane olmaqdır. İmam Mehdi (ə) zühur etdikdən sonra Süfyani ilə döyüşməyə qərar verəcək. Allahın əmri ilə Süfyani öz qoşunu ilə birlikdə yerin təkinə batacaq (bunun Məkkə ilə Mədinə arasında səhrada baş verəcəyi rəvayət edilir). Süfyani ilə bağlı rəvayətlərdə ziddiyyətli məqamlar olsa da, onun meydana çıxması, mübarizəsi və ölümü Mehdinin (ə) zühurunun qəti əlamətlərindən sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
248 209 227 252 229 160

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.