Mənə olan duyğularını nə paltom, nə də sevgim isidə bildi. Qədr gecələri etdiyim dualar da, Ələddinin cinindən istədiyim arzular da, sənli yuxularımı yozmağım da bir işə yaramadı. O deyirlər e, bədənin 70%i su ilə doludur. Min illik anatomiyanın əksinə gedib bədənimin 100% ni sənlə doldurdum. Amma qəlbinə bir damcı da olsun, axa bilmədim ki, bilmədim.
İnsan isə fərqi yoxdur, göydən üç alma düşsə, dünyadakı bütün qurbağalar Șəhzadəyə də dönsə, elə lap bütün dünya sevgiyə də bürünsə, bir də ulduzlarımız çətin barışa...






