ice berg

ice berg Məşhurlar 12-12-2025, 22:00

"Nə ölümə gəl, nə də dirimə..."

"Nə ölümə gəl, nə də dirimə..."

Müğənni Vəfa Şərifova həmkarı Şəbnəm Tovuzlu ilə aralarında müzakirə olunan gərginliyə münasibət bildirib.

 

Loading.AZ xəbər verir ki, sənətçi qalmaqalın böyüdülməsində aparıcıları günahlandırdığını deyib.

 

Verilişlərə dəfələrlə dəvət aldığını bildirən ifaçı onların israrla eyni mövzunu gündəmə gətirməsindən narahat olduğunu vurğulayıb:

 

"Verilişlərə çağırırlar, deyirəm ki, bu mövzu barədə danışmaq istəmirəm. Aparıcılar inciməsin, günah onlardadır. Hər dəfə eyni sualı verirlər", - deyə o bildirib.

 

Vəfa Şərifova Şəbnəm Tovuzlunun ad günü ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

 

"Bir neçə dəfə soruşublar ki, ad gününə gedəcəksiniz? Demişəm ki, yox, dəvət edilməmişdim. Canlı yayımda Şəbnəm xanıma yazdırılıb. Sonra da deyiblər ki, dəvətnaməni cırıb. Əgər mən reklam istəsəydim, canlı yayımda nəsə edərdim".

 

Müğənni hər iki tərəfə səslənərək məsələni böyütməməyə çağırıb:

 

"Hər iki tərəfdən nə yaxşı, nə də pis addım atılmamalıdır. Bir məsəldə deyildiyi kimi: nə ölümə, nə dirimə gəl".

 

İfaçının açıqlaması sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 208 182 201 204 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.