Boreç

Boreç özünü 😔 qəmli hiss edir. Sevgi 16-12-2025, 07:00 Cem Adrian-Sen gel diyorsun dinləyir.

Bu qədər xatırlanmağı hakk etdinmi¿

Bu qədər xatırlanmağı hakk etdinmi¿

Bəzən özüm özümə sual edirəm. Görəsən niyə bu qədər xatırlayıram səni¿ nə gecəsi var, nə gündüzü, hər an gəlirsən xəyalıma yəni. Saat 23:48 bir dəfə yatıb ayılmışam) və ayılan kimi xatırladım səni. Gör nə qədər sevilmisən?! Heç düşünmədin çıxıb gedərkən bunları. Heç baxmadın gözümün yaşına. Qatili oldun o sevginin. Ya da qatillərindən birimi deyim. Hə təkcə o sevginin deyil. O təmiz hislərin, o sevdiyim payız fəslinin, güvəncimin, qürurumun, sən 16 yaşımın qatilisən. Bizə zərbəni çoxları vurdu ama sonuncunu sən vurmuşdun. Bax o son zərbə yıxdı bütün bu saydıqlarımı. O son zərbə öldürdü bizi. Hardadı indi o qız, o oğlan? Görəsən davam etsəydilər necə olardı həyatları¿ oysa ki, çox gözəl idi xəyalları. Ən əsasıda təmiz, yalansız idi oğlan qıza. Qız bəs necə, heç yalan demişdimi o oğlana¿ Hər bir kəlməsinə şübhəsiz inanırdı heç sorğulamazdı, heç şübhələnməzdi. Bəlkə də buna görə tez bitdi bu sevda. Axı yaxşılar tez ölür bu dünyada. Çox təmiz sevgi idi bu dünya üçün. İlahi bir sevgi kimi. Ama əslində, oğlanın şansı çox idi xoşbəxt olmaq üçün. Alınmadı, məslə sevilmək və ya sevilməmək deyildi. Məsələ tamam başqaydı. O özünü həsr etmişdi ona. Bağışlamışdı bütün sevgisini, hislərini sevdiyi həmin qıza. Sən bir təsəvvür et, gör necə sevgi idi bu?! Bəzən yuxuda görər, oyananda isə iki-üç gün o yuxuda məna axtarar)) bəlkə nəsə bir işarət var deyə. Bir də, həmişə bir şey maraqlı gəlir insana, görəsən o da məni görürmü yuxuda¿) 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 253 203 225 238 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.