Qadın nə istəyir?
Kişilərin onlara vurulmağını;
Eşqinin ömür boyu yaşamağını;
Başa düşülməyini;
Və bunun ömür boyu davam etməyini;
Gözəl olmaq;
Və ömür boyu belə qalmaq;
Hətta 80 yaşında da olsa, hamının onu cazibədar hesab etməyini;
Dünya müharibəsi də başlasa, evlilik ildönümünün unudulmamağını;
Qulluqçusunun qadın, sürücüsünün kişi olmağını;
Günün 8 saatını yataqda, 8 saatını gözəllik salonunda, 8 saatını alış-verişdə keçirməyi;
Özünə 1 milyon dənə şeir yazılmağını;
Doğuşdan sonra bədən quruluşunun pozulmamağını;
İstədiyi cür yeyib-içib, amma kökəlməməyi;
Çiçəyə qulluq etməyi sevməsə də, həmişə kişilərin çiçək hədiyyə etməyini;
Balaca vaxtı “evcik-evcik” oyanıb, böyüyəndə evlənməyi;
İlk görüşün unudulmamağını;
Saman altından su yox, okean yeritməyi;
Onun uğrunda öləcək bir kişi;
Göydəki ayın yerə endirilib, boşqabda qarşısına qoyulmağını;
Təzəsini almaq üçün ən təzə ayaqqabılarının da tez köhnəlməyini;
Paltar ütüləyən bir cihazın da ixtira olunmağını;
Ərinin ondan nəsə gizlətməməyini;
Günahkarı olduğu avtomobil qəzalarında da haqlı çıxmağı;
Ərinin pul qazanmasını, özünün isə bu pulu rahatca xərcləməsini;
Etməsə də, ərinə “yolunda saçımı süpürgə elədim” deməyi;
Zəng vurmağı yox, ona zəng edilməyini;
“Qadın və kişi bərabərdir” fikrini ciddi-cəhdlə müdafiə etsə də, hesabı kişilərin ödəməsini, avtobusda yer verilməsini;
İstənilməyəcək nə varsa, hamısını istəyirlər.






