AzizA

AzizA Texnologiya 19-12-2025, 14:30

Samsung səbəbindən "iPhone"lər bahalaşa bilər

Samsung səbəbindən "iPhone"lər bahalaşa bilər

Samsung korporasiyası yaddaş modullarının qiymətlərini artırmağı planlaşdırır və bu səbəbdən iPhone modelləri bahalaşa bilər.

Samsung və SK Hynix Apple üçün yaddaş modullarının əsas iki təchizatçısıdır. ABŞ-ın IT nəhəngi hər iki şirkətlə uzunmüddətli müqavilələrə malikdir və bu müqavilələr 2026-cı ildə yenilənməlidir.

Mütəxəssislərin fikrincə, süni intellektə (AI) olan yüksək tələbat və yaddaş çatışmazlığı fonunda Samsung müqaviləni öz xeyrinə olan şərtlərlə bağlamağa çalışacaq. Apple smartfonlarının 2026-cı ildə bahalaşması ehtimalı yüksəkdir və bu prosesdə Samsung-un rolu az olmayacaq.

Müəlliflər bildiriblər ki, Cənubi Koreya korporasiyasında smartfon istehsalı və yaddaş istehsalına fərqli bölmələr cavabdehdir və onlar hələlik mikrosxemlərin qiyməti ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 224 233 181 163 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.