AzizA

AzizA Şeirlər 19-12-2025, 17:30

Xəzər Süleymanlı - Əlvida, Bakı!

Xəzər Süleymanlı - Əlvida, Bakı!
Bir səhər güzgüdə özünə baxıb,
Son dəfə özündən doyub gedəsən.
Bu ömrü yarımçıq əlyazma kimi
Yazı masasında qoyub gedəsən.
Gedəsən,nə dərdin, nə qəmin qala,
Səni səadətin çəkə dalınca.
Masanın üstündə qələmin qala,
Üç nöqtə göz yaşı tökə dalınca.
Dönə göyərçinə bəyaz kağızlar,
Təlaşla boylana sən gedən yola.
Hərflər uşaqtək tuta əlindən,
Şeirlər hərəsi bir qadın ola.
Səfillər boylana kitab rəfindən,
Yalquzaq ulaya şam işığında.
Qumarbaz özünü itirə birdən,
Bu qorxunc səslərin qarışığında...
Birdən kürəyindən qanadlar çıxa,
Gerçəyə çevrilə xəyalındakı.
Buludlar içində gözdən itəsən,
Bərkdən qışqırasan:"Əlvida, Bakı !"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 236 193 215 149 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.