bir az diqqət, bir az səmimiyyət, bir də“yanındayam” cümləsi
Səni çox sevirdim,elə-belə yox, hər şeyə baxmayaraq sevirdim. Həmişə yanında idim, nə olur-olsun, hamı gedəndə belə qalan mən idim. Sən yorulanda susdum, səhv edəndə başa düşdüm, incidəndə yenə də səni seçdim. Qarşılıq gözləmədən sevirdim səni, sadəcə var olmağın mənə yetirdi.Mən səndən böyük şeylər istəmədim,bir az diqqət, bir az səmimiyyət, bir də“yanındayam” cümləsi. Amma sən bilmədən məni yavaş-yavaş tək qoydun. Güləndə belə içim ağlayırdı, çünki sevdiyim insanın yanında özümü kimsəsiz hiss edirdim.
İndi ən çox nəyə darıxıram bilirsən? Heç nəyə baxmadan sevən o oğlan üçün… “nə olur-olsun yanındayam” deyən, məni yarı yolda buraxmayan o hiss üçün. Mən səni itirmədim, özümü itirdim sənin sevgində. ❤️







