Amma içində elə bir yer var ki, ora nə söz çatır, nə təsəlli
Darıxmaq heç kimin anlamadığı səssiz bir fəryaddır —
içində qopan boşluğun səsini yalnız özün eşidirsən.
Kənardan baxanda hər şey qaydasındadır:
gülümsəyirsən, danışırsan, həyat axır gedir.
Amma içində elə bir yer var ki,
ora nə söz çatır, nə təsəlli.
O boşluq sanki nəfəs alır,
hər xatirədə bir az da genişlənir.
Darıxmaq gözə görünməzdir,
amma ən ağır yük də elə odur.
Çünki onu nə kiməsə tam izah edə bilirsən,
nə də içindən atmaq mümkündür.
Darıxmaq elə bir hissdir ki,
adam susduqca böyüyür,
danışmadıqca dərinləşir.
Sən güclü görünmək üçün susursan,
amma o səssizlik səni içindən-yavaş-yavaş parçalayır.
Gecələr daha ağır olur,
xatirələr daha səsli danışır.
Və ən acısı odur ki,
bu darıxma çox vaxt yaşamadıqlarının yox,
geri qaytara bilmədiklərinin həsrətidir.
“Kaş”larla dolu anların,
yarımçıq qalan cümlələrin,
vaxtında tutulmayan əllərin ağrısıdır.
İnsan bəzən bir insanı yox,
onunla mümkün olub,
amma artıq mümkün olmayan bir həyatı darıxır.
Və o darıxma…
ürək sağalsa belə,
içində həmişə incə bir iz kimi qalır ❤️🩹







