AzizA

AzizA Programlar 27-12-2025, 11:30

Gmail üçün yeni dövr başladı - İstifadəçilər e-poçt ünvanını dəyişə biləcək

Gmail üçün yeni dövr başladı - İstifadəçilər e-poçt ünvanını dəyişə biləcək

Uzun müddətdir davam edən sərt qaydaları ilə tanınan “Google”, istifadəçilərini təəccübləndirəcək inqilabi bir addım atmağa hazırlaşır.

Loading.az xəbər verir ki, “Outlook” və “Proton Mail” kimi rəqiblərindən fərqli olaraq, “Gmail” istifadəçilərinə mövcud e-poçt ünvanlarını dəyişdirməyə icazə verməyən qaydaları pozmaq niyyətindədir.

Bu yaxınlarda sızdırılan rəsmi dəstək sənədlərinə görə, istifadəçilər artıq mövcud "gmail.com" ünvanlarını tamamilə yeni bir adla yeniləyə biləcəklər.

Sızdırılan sənədlərdəki detallara görə, istifadəçilərə ünvanlarını cəmi üç dəfə, hər 12 ayda bir dəyişdirmək hüququ veriləcək. Ən diqqət çəkən məqam odur ki, köhnə ünvanlar itirilməyəcək; istifadəçilər həm köhnə, həm də yeni ünvanlarına eyni qutuda göndərilən e-poçtları görməyə davam edəcəklər.

Bu, xüsusilə peşəkar həyatlarında adlarını dəyişdirənlər və ya gənclik illərində aldıqları e-poçt ünvanlarından qurtulmaq istəyənlər üçün böyük rahatlıq təqdim edir.

Lakin bu inkişafın qaranlıq tərəfi də var. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bu cür böyük sistem dəyişikliklərinin fırıldaqçılar üçün qızıl bir fürsət yaratması barədə ciddi xəbərdarlıqlar edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
152 170 210 191 188 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.