Eybi yox bu günün sabahıda var
Düzünü desəydin bağışlıyardım.
Hamının səhvi var, günahıda var.
Bu günkü əməlin qaldı yadımda,
Eybi yox bu günün sabahıda var.
Sən mənə əvvəldən zülm eləmisən.
Nə rahat bağlandım, nə rahat sevdim
Hicran soyuğundan üşümə deyə,
Mən səni hər gecə iki qat sevdim.
Məhəbbət yolunda qocalmışam mən
Ömrümdən apardı, azaltdı məni,
Ağaran saçıma gülürsən indi,
Halbuki xəyalın qocaltdı məni.






