Kukulka

Kukulka Xəbərlər 10-10-2017, 14:37

Bakdıa bu muzeyə giriş ÖDƏNİŞLİ OLDU - QƏRAR

Bakdıa bu muzeyə giriş ÖDƏNİŞLİ OLDU - QƏRAR





Qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib.

LoadinG.AZ xəbər verir ki, bu barədə məlumat AMEA-dan Lent.az-a verilib. Verilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub.

Məlumat üçün bildirək ki, Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr vardır. Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
577 610 536 552 535 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.