meleyim1

meleyim1 Şeirlər 10-10-2017, 22:56

DAYAN

DAYAN


DAYAN

Toxunma əlime günahın çoxdur,
Gözümdə tikanlı meftil kimisən
Sənin gözlərində həqiqət yoxdur,
Kiminlə deyişdin bir bax,kimi sən?

Daha xoş gəlməz o nevaziş mənə ,
Dolaşma başımda dumanlar kimi
Bədbəxt,yaltaqlıqda yarasmir sənə
Dəyiş danışdığın yalanlar kimi


Qanına it qanı qatılıb inan
Xamirin haramliq zaddan tutulub
Namusdan,qeyrətdən,ardan uzaqsan
Mənliyin ayaqlar altda atılıb


O necə ürəkdi,o nece qəlbdi,
Kart tək atılıbsan ortaya askar
Zamanı oyuncaq düşünmə,bəsdir!
Oyuna tutublar səni,saxtakar.


Böylə yaşamağa dəyərmi söylə?
Sən bu təbiətlə hara gedərsən
Quzu cildində disi canavar
Qarşın alınmasa nələr edərsən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
613 632 604 563 524 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.