AzizA

AzizA Texnologiya 4-01-2026, 16:30

“iPhone 17” almaq istəyənlərin diqqətinə - Yeni problem ortaya çıxdı

“iPhone 17” almaq istəyənlərin diqqətinə - Yeni problem ortaya çıxdı

“iPhone 17 Pro” və “Pro Max” cihazlarını şarj edərkən dinamikdən qıcıq verici səslər gəlməyə başlayıb.

Bu barədə “Reddit” və “MacRumors” forumlarında istifadəçilər bildiriblər.

Köhnə radio səsini xatırladan bu xırıltılı və fit səsi sakit mühitlərdə daha çox nəzərə çarpır.

İstifadəçilər bu səsin “Apple”ın orijinal şarj adapterləri də daxil olmaqla bütün növ simli bağlantılarda eşidildiyini bildirirlər.

Cihazlarını dəyişdirən istifadəçilərin belə eyni problemlə qarşılaşması, problemin ümumi aparat və ya proqram təminatı xətası ola biləcəyini göstərir.

“Apple” dəstəyi problemin mühəndislərə göndərildiyini və həll yolu üzərində işlədiklərini bildirsə də, son iOS yeniləmələrində belə hələ də problem həll edilməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 192 165 160 166 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.