ice berg

ice berg İslam Dini 5-01-2026, 17:00

Talut kimdir?

Talut kimdir?

Talut Bəni-İsrail qövmünün hökmdarlarından biridir. Həzrət Davud Peyğəmbərin (ə) müasiri və qaynatası olmuşdur. Bibliyada adı “Saul” şəklində verilib. Qurani-Kərimdə 2 dəfə adı çəkilir. Xarici görünüş baxımından iri cüssə­li, qüvvətli və yaraşıqlı idi. Bundan əlavə, həm imanda, həm bacarıqda, həm də igid­likdə ətrafdakılardan seçilirdi. Bəni-İsrail qövmü düşmən hücumuna məruz qalanda Allahın əmri ilə Talut onlara hökmdar təyin edildi. Talut qoşun yığıb döyüşə yollandı. Yolda ikən Allah tərəfin­dən əmr alaraq öz əsgərlərinin sədaqətini və igidliyini sınağa çəkdi, onların arasından ən layiqlilərini seçdi (bax: Bəqərə, 249). Sayı­nın azlığına baxmayaraq, Bəni-İsrail qoşunu qalib gəldi. Bu arada azyaşlı Da­vud (ə) düşmən tərəfdəki nəhəng pəhləvan Calutu öldürdü. Həzrət Davud (ə) böyüyüb Talutun qızı ilə evləndi və Talut vəfat etdikdən sonra onun yerinə keçib Bəni-İsrail qövmünün hökmdarı oldu. Bibliyada Talutun şəxsiyyəti ilə bağlı verilən bəzi məlumatlar (Davudla (ə) düşmənçilik etməsi, hətta onu öldürmək istəməsi) İslam mənbələrində öz təsdiqini tapmayıb. İslam mənbələrində Talut əda­lətli, mömin bir hökmdar kimi tanınır. Hətta bəzi müsəlman alimləri Talutun peyğəmbər olduğunu bildirmişlər.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 217 235 205 215 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.