ice berg

ice berg Programlar 7-01-2026, 22:00

“WhatsApp”da yeni dövr başladı

“WhatsApp”da yeni dövr başladı

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp" yeni funksiyaları istifadəyə verməyə hazırlaşır.

 

Loading.aZwabetainfo.com-a istinadən xəbər verir ki, hazırda test mərhələsində olan yeniliklər sayəsində istifadəçilər mesajların avtomatik silinmə müddətini 1 saat və ya 12 saat olaraq təyin edə biləcəklər. Bundan əlavə, "WhatsApp" yeni "Haqqımda" funksiyasını da elan edib. Bu funksiya istifadəçilərə 24 saat ərzində avtomatik olaraq yox olan qısa mətn statusları paylaşmaq imkanı verəcək.

 

Paylaşılan statuslar çat pəncərəsində istifadəçinin profil şəklinin yanında açılan pəncərə formasında göstəriləcək. İstifadəçilər kontakt siyahısındakı şəxslərlə "Görüşdəyəm", "Məzuniyyətdəyəm" və ya "Məşğulam" kimi ani status bildirişləri paylaşa biləcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 168 197 174 174 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.