ice berg

ice berg Ana və uşaq 9-01-2026, 20:00

Uşaqlarda yas prosesi necə keçməlidir?

Uşaqlarda yas prosesi necə keçməlidir?

Uşaqların anlayacağı dildə yası izah etmək olar. Bu mərhələni keçərkən uşağın yanında sevdiklərinin, aiəsinin ona dəstək olması çox vacibdir. Burada bir məqam vardır ki, o əsasdır. Bəzən həyat yoldaşını itirən qadınlar, övladlarının 2-3 yaşı varsa bunu ondan gizlədir. Bilmir necə izah etsin, elə anlayır ki, övladı travma alacaq, hissləri onun kimi yaşayacaq. Ancaq, burda gizlətdiyi özünün yasıdır. Hətta, bəzən uşağa atasının adından hədiyyələr alıb gətirir və ya atasının uzaqda olduğunu, nə vaxtsa gələcəyini deyir. Bəzi hallarda isə, “ata mələk oldu”, “ata səni göylərdən izləyir” kimi sözlər demək də düzgün deyil. Bu kimi dönər proses göstərmək uşaqda ölümə marağı da artıra bilər. Uşaq düşünə bilər ki,”cizgi filmlərdəki kimi mən də özümü pəncərədən atsam, anamın dediyi kimi, yenidən öləcəm sonra diriləcəm, olub-bitəni göylərədən izləyəcəm.” Bu da təbii ki, təhlükəlidir. Əksinə uşaq anlaycağı dildə yasın bitmiş bir proses olduğunu anlamalı və cizgi filmlərdə izlədiyi “geri qayıtmaq” kimi prosesin olmadığını anlamalıdır. Həmçinin uşaq böyüdükdə bunların yalan olduğunu, valideyninin əslində öldüyünü bildikdə aqressivləşir. Belə olan halda uşaq vaxtı ona yalan dediyinə görə valideyninə qarşı inamsız, güvənsiz olur və kin bəsləməyə başlayır.

 

Yas dönəmini burada təkcə sevdikləri və ya ailə üzvünə deyil, hətta çox sevdiyi heyvanına da aid etmək olar. Məsələn: uşağın çox sevdiyi pişiyi ölərsə bunu ondan gizlətmək və ya başqa bir pişik alıb gətirmək vəziyyəti daha da pisləşdiriər. Yenə də, onun anlayacağı dildə izah etmək, məzarını görməsi, ora getməsi və s. ölümü qəbul etməsini və yas dönəmini tamamlamasında vacib rol oynayır.

 

6 aya qədər yas dönəmində olmaq təbiidir, ən geci isə 2 il ərzində yas dönəmindən çıxılmalıdır. Əgər bu period 2 ili aşırsa bu təhlükəlidir və ciddi psixoloji problemlərə, depressiyaya, nevroza, panik ataklara və s. səbəb olur. Belə olan halda mütləq psixoloji dəstək və terapiya lazımıdır.

 

Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Uzman- Klinik psixoloq Narınc Rüstəmova

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 198 184 168 180 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.