Yaddaşı inkişaf etdirən sadə və maraqlı üsullar
Yaxşı yaddaş məktəblilərə həm dərslərdə, həm də gündəlik həyatda kömək edir.
Pedaqoq Vasili Kovalyovun sözlərinə görə, yaddaşı inkişaf etdirmək üçün məşqlər müntəzəm olaraq, gündə ən azı 5-10 dəqiqə yerinə yetirilməlidir. Effektiv üsullara neyrobika, assosiasiyalar və mnemonik texnikalar, mental xəritələr və ucadan oxu daxildir.
Kiçikyaşlı uşaqlar üçün isə oyun formasında məşqlər daha faydalıdır: rəngli əşyaları yadda saxlamaq, şəkillərin yerini dəyişmək və sözləri əzbərləmək. Bu üsullar yaddaşın asan və maraqlı şəkildə inkişafına kömək edir.







