cabir

cabir Məşhurlar 11-01-2026, 17:40

Narkotik testi müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqladı

Narkotik testi müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqladı

Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan və test nəticələri müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqlayıb.    Sun.Az  xəbər verir ki, qadağan olunmuş maddələrdən istifadənini etiraf edən Şeyma Subaşı bununla bağlı "Instagram" hesabında paylaşım edib.       

O, paylaşımda peşmançılığını dilə gətirib və tövbə etdiyini qeyd edib.

"Mən tövbə edirəm. Özüm və gələcəyimlə bağlı qərarlar verdiyim bir dövrdəyəm. Bundan sonra yoluma səssizcə, dürüst şəkildə və hörmətlə davam etməyi seçirəm", - deyə o bildirib.

Xatırladaq ki, narkotikdən istifadə ilə bağlı barəsində saxlanılma qərarı olan Şeyma Subaşı ABŞ-dən qayıdarkən hava limanında saxlanılıb və narkotik istifadə etdiyi təsdiqini tapıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasında qan və saç nümunələrini təqdim edən Subaşının narkotik testinin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, Şeyma Subaşı nəticələr açıqlanmadan əvvəl də narkotikdən istifadə etdiyini etiraf etmişdi. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 150 180 208 184 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.