AzizA

AzizA Müxtəlif 16-01-2026, 12:30

Amerika yeni hərbi gəmi inşa edəcək - Tarixdə bir ilk

Amerika yeni hərbi gəmi inşa edəcək - Tarixdə bir ilk

“Tramp” sinfinə aid yeni döyüş gəmisinin tikintisi ABŞ-a 22 milyard dollara başa gələ bilər.

Bu barədə “Bloomberg“ Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadən məlumat yayıb.

Son xərc gəminin həcmi, heyət üzvü və silahları ilə bağlı bir neçə gözlənilən qərardan asılı olacaq.

Minimum qiymət 15,1 milyard dollar olaraq göstərilsə də, xərcin sonda 22 milyard dollara qədər yüksəlməsi mümkündür.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi təyyarədaşıyan gəmi olan “Gerald R. Ford”dur. 2017-ci ildə istismara verilən gəminin inşası ABŞ-a təxminən 13 milyard dollara başa gəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
216 157 177 191 181 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.