AzizA

AzizA Məşhurlar 16-01-2026, 20:30

Röya Aygün Kazımovanın mahnısını oxuyacaq

Röya Aygün Kazımovanın mahnısını oxuyacaq

"Çox arzulayırıq ki, birlikdə layihəmiz olsun. Bütün bəstəkarlardan mahnı gözləyirik, atırlar da. Mahnını oxuyanda deməməlidilər ki, küsmüşdülər, barışdılar və dostluqdan oxuyurlar. Biz sevgidən oxumalıyıq. İkimizdə güclü qadınıq. Mahnı üçüncü şəxsə aid olmalıdır".

Bu sözləri Xalq artisti Röya Ayxan "müsavat.com"a açıqlamasında deyib. Müğənni Xalq artisti Aygün Kazımova ilə barışığını reklam adlandıranlara cavab verib.

Röya bildirib ki, Aygün Kazımovanın mahnısını oxuyacaq:

"Heç piar deyil. Yaxşı ki, barışmışam. Həyatıma yenilik gəlib. Sevgimi, səhvimi deyə bilirəm. Problemim olanda da ona deyə bilirəm. Aygün xanımın mahnısını oxuyacağam. İki mahnıdan birini Zamiq Hüseynov oxudu. Biri mənə qaldı. Oxuyacağam, inşallah, ad gününə çatdıraram".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
161 184 234 162 218 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.