Boreç

Boreç Şeirlər 24-01-2026, 22:20

Pis yuxu

Pis yuxu

Dərdsiz adam varmı? Bir göstər, hanı?

Üzü gülənin də qəlbi sınıqdı.

Eeh, mənim ürəyim yüz yerdən damır,

Nə bilim, bu qorxu hardan damıbdı?

Bəlkə, səndən damıb, bəlkə, özgədən. 

Üzümü qırxanda, bəlkə, güzgüdən.

İndi mən neyləyim? Özün de, özün:

Güzgünü sındırım, ya səndən küsüm? 

Mənim dərdim axı nəyinə lazım?

Gördüyüm o yuxu nəyinə lazım?

Bu sorğu-sualdan, sən Allah, əl çək!

Bir pis yuxuydu da... qarmaqarışıq... 

Nə mən dərd eləyim, nə sən fikir çək,

Elə bil heç bu gün rastlaşmamışıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 207 186 209 212 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.