ice berg

ice berg İslam Dini 13-02-2026, 17:00

Kəbənin yanındakı Hicri-İsmail məkanı nə deməkdir və orada nə yerləşir?

Kəbənin yanındakı Hicri-İsmail məkanı nə deməkdir və orada nə yerləşir?

Kəbə evinin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin (künclərinin) arasında yarımdairəvi divarla əhatələnmiş əraziyə Hicri-İsmail deyilir. Yarımdairəvi divarın hündürlüyü təqribən 1,3 metrdir. Bu sahənin içərisi mərmərlə döşənib. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmailin hüdudları daxilində bir neçə peyğəmbər dəfn olunub. Həcc mərasimində Kəbənin ətrafını təvaf edərkən Hicri-İsmail də mütləq təvafa daxil edilməlidir. Yəni təvaf vaxtı Kəbə ilə Hicri-İsmailin arasından keçmək olmaz (bunların arasında dar keçid var), əksinə, Hicri-İsmailin çöl tərəfindən keçmək lazımdır. Bu hökm Hicri-İsmailin də Kəbə qədər müqəddəslik daşıdığını göstərir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 212 235 183 211 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.