AzizA

AzizA Məşhurlar 13-02-2026, 11:30

Kıvanç Tatlıtuğla seriala çəkiləcək Pınar Dənizin dodaq uçuqladan QAZANCI

Kıvanç Tatlıtuğla seriala çəkiləcək Pınar Dənizin dodaq uçuqladan QAZANCI

Türkiyəli aktrisa Pınar Deniz Kıvanç Tatlıtuğ ilə tərəf müqabili olacağı “Dönence” serialında çəkilməyə razılıq verib.

Aktrisa layihədən bölüm başına 3 milyon lirə (təxminən 116 min manat) qonorar alacaq. Daha əvvəl Kıvanç Tatlıtuğun eyni serialdan hər bölüm üçün 4 milyon lirə (təxminən 155 min manat) qazanacağı açıqlanıb.

Disney+ üçün çəkiləcək “Dönence” ümumilikdə 8 bölümdən ibarət olacaq və çəkilişlərinə mart ayında start verilməsi planlaşdırılır.

Serialın ssenarisini Mehmet Bozdağ və Kerem Kurt qələmə alıb. Layihə güclü aktyor heyəti və qaranlıq atmosferi ilə artıq diqqət çəkir.

Rejissor kürsüsündə son illər kinoda fərqli işləri ilə seçilən Can Evrenol əyləşəcək. Onun layihəyə qoşulması serialda aksiyon və gərginlik elementlərinin yüksək olacağına dair gözləntiləri artırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 146 131 168 168 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.