Kənan Heydərov

Kənan Heydərov Şeirlər 16-10-2017, 16:21

~♥~ Tarixlər Yazacaq ~♥~

~♥~ Tarixlər Yazacaq ~♥~
Tarihler


Bir təbib də buraxmadım
Çarə gəzdim sənsizliyə...
Gəl ki, çarə heç tapmadım...
Köç elədim səssizliyə..
....
Niyyət edib susdum o gün.
Möhür vurdum bu dilimə.
Gözyaşıyla unut dedim..
Sən bağıran bu qəlbimə...
...
Hıçqırıqlar boğdu məni..
Hicran odu hey qovurdu..
Bacarmadım silim səni..
Eşq qəlbimi hey sovurdu..
...
Səba belə aciz qaldı...
Gözlərimdən yaş axanda
Öz ardınca yağış saldı..
Görünməsin sən baxanda..
...
Düşündü ki, gözyaşlarım,.
Üzülmənə səbəb olar.
Yağı kimi hücum edib
Sənin qəlbin əsir alar..
...
Coşub daşan külək belə
Bu halıma çox üzüldü..
Görən axı bəs sən niyə?
Bu halıma üzülmədin...
...
Heç görmədin pərvanətək
Damla damla əridiymi?.
Hiss etmədin həqiqətən...
Sənsizlikdən bitdiyimi?
..
Aç gözünü nəzər elə
Mən də varam ətrafında
Açıq aydın diqqət elə
Dolaşıram hər yanında..
...
İnsaf elə, qalx gəl artıq
Qalx gəl ki, mən şəfa tapım.
Bu cəfalar içim sarıb.
Qalx gəl , gülüm, səfa tapım..


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
580 583 557 525 542 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.