ice berg

ice berg Məsləhətlər 16-02-2026, 23:03

Əl yükünə adi şəxsi gigiyena əşyası qoymayın - Problem yarana bilər

Əl yükünə adi şəxsi gigiyena əşyası qoymayın - Problem yarana bilər

Bir çox turistlər yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir – bəziləri buna qənaət məqsədilə, bəziləri isə iri baqajla hərəkət etməmək üçün qərar verir. Lakin bir bel çantası və ya təyyarə salonuna götürülən kiçik çamadana bütün zəruri əşyaları yerləşdirməyə çalışarkən sərnişinlər tez-tez əl yükündə daşınması qadağan olunan predmetləri də ora qoyurlar. Nəticədə təhlükəsizlik yoxlaması zamanı saxlanılır, reysə gecikmək riski yaranır və hava limanında əlavə növbələr formalaşır.

 

Loading.aZ xəbər verir ki, bu səbəbdən Böyük Britaniyanın ən iri aviaşirkətlərindən biri olan “British Airways” sərnişinləri əl yükünə adi şəxsi gigiyena vasitəsi sayılan ülgücü qoymamağa çağırıb. 

 

Aviaşirkətin saytında qeyd olunur ki, iti ucu və ya kəsici kənarı olan, ciddi xəsarət yetirə biləcək bütün əşyalar mütləq şəkildə qeydiyyatdan keçmiş baqajda, baqaj bölməsində daşınmalıdır. Bu cür əşyaların nə üzərində, nə də əl yükündə təyyarə salonuna keçirilməsinə icazə verilmir.

 

“Flightright” saytında yer alan məlumata görə, açıq bıçaqlı təhlükəli ülgüclər və onlara aid dəyişdirilə bilən bıçaqlar qadağaya düşür. Çünki bu əşyalar insanlara və təyyarəyə zərər yetirə bilən kəsici predmetlər kateqoriyasına daxildir.

 

Bununla yanaşı, elektrik ülgüclərini və təhlükəsiz birdəfəlik ülgüc dəstlərini əl yükündə aparmaq mümkündür, çünki onların bıçaqları etibarlı şəkildə qorunur

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 156 161 160 161 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.