ice berg

ice berg Məşhurlar 17-02-2026, 14:14

Beləsi İlon Maskda da yoxdur: Mindiyi avtomobili görənlər gözlərinə inanmadı

Beləsi İlon Maskda da yoxdur: Mindiyi avtomobili görənlər gözlərinə inanmadı

Türk sənət musiqisinin ulduzu Bülent Ersoy, Ankarada səhnə alacağı məkana qızıl örtüklü lüks "Tesla" avtomobili ilə gələrək bütün diqqətləri üzərinə çəkib.

 

Loading.aZ Türkiyə mediasına istinadla xəbər verir ki, iddialı tərzi ilə tanınan sənətçinin bu seçimi sosial şəbəkələrdə "Belə bir maşın hətta İlon Maskın özündə belə yoxdur" şərhləri ilə qarşılanıb.

 

Bülent Ersoy yine yaptı yapacağını: Gold kaplama aracı görenleri şaşırttı


Lüks xərcləri və sərvəti ilə tez-tez gündəmə gələn Divanın sərvəti yenidən müzakirə mövzusu olub.

 

Məlumata görə, müğənninin təkcə İstanbulun ən prestijli bölgələrində 28 mənzili, həmçinin Türkiyənin müxtəlif şəhərlərində çoxlu sayda ultra lüks villası mövcuddur.

 

Bir vaxtlar "Pulum çoxdur, xərcləməyə yer axtarıram" deyən Ersoy, bu dəfə qızıl Teslası ilə öz ehtişamını bir daha nümayiş etdirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 123 157 148 135 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.