AzizA

AzizA Müxtəlif 21-02-2026, 15:30

22 illik inadın mükafatı: Eyni nömrələrlə böyük cekpotu qazandı

22 illik inadın mükafatı: Eyni nömrələrlə böyük cekpotu qazandı

Ohayo lotereyasında 22 il boyunca eyni rəqəmlərlə kupon dolduran şəxs, nəhayət, "Klasik Loto"da 3,5 milyon dollarlıq böyük mükafatın sahibi olub. Adının açıqlanmasını istəməyən qalib, hər ay təxminən 10 dollarlıq bilet alaraq vərdişindən əl çəkməyib və arzusuna çatıb.

6-8-16-20-26-45. Bilet Akron şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində satılıb.

Qalib bildirib ki, 20 ildən artıqdır eyni rəqəmləri oynayır. Hətta qış aylarında şəhər kənarında olanda belə, yaxın dostundan onun üçün bilet almasını xahiş edərək seriyanı pozmayıb.

Nəticələr açıqlananda bilet yanında olmasa da, nömrələri əzbər bildiyi üçün qalib gəldiyini dərhal anlayıb.

Qalib 3,5 milyon dollarlıq ümumi məbləği hissə-hissə almaq əvəzinə, 1,7 milyon dollarlıq birdəfəlik nəğd ödəniş variantını seçib. Vergi tutulmalarından sonra o, təxminən 1 milyon 281 min 875 dollar alacaq.

Böyük məbləği qazandıqdan sonra rəsmən işindən ayrılan şanslı şəxs yeni ev almağı, evində idman zalı qurmağı və həyat yoldaşına söz verdiyi böyük hovuzu tikdirməyi planlaşdırır.

Ohayo lotereyasının statistikasına görə, "Klasik Loto"da 6 rəqəmin hamısını düzgün tapmaq ehtimalı 13 milyon 983 min 816-da 1-dir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 144 166 207 133 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.