ice berg

ice berg Sevgi 5-03-2026, 15:00

İnsan ömründə neçə dəfə aşiq olur? - Gözlənilməz CAVAB

İnsan ömründə neçə dəfə aşiq olur? - Gözlənilməz CAVAB

Məşhur romantik filmlər - məsələn, “The Notebook” və “Titanic” tamaşaçılara sevginin yalnız bir dəfə yaşandığını təlqin edir. Lakin yeni elmi araşdırma reallığın fərqli olduğunu göstərir.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, ABŞ-dakı Kinsey Institute alimlərinin araşdırmasına əsasən, insanların əksəriyyəti həyatları boyunca iki dəfə ehtiraslı sevgi yaşayır.

 

Araşdırma çərçivəsində 18 yaşdan 99 yaşadək 10 mindən çox subay yetkin şəxs arasında sorğu keçirilib. İştirakçılara belə sual ünvanlanıb: “Həyatınızda neçə dəfə ehtiraslı şəkildə aşiq olmusunuz?”

 

Nəticələr nə göstərib?

 

14,2 faiz respondent bildirib ki, heç vaxt ehtiraslı sevgi yaşamayıb

 

27,8 faiz bir dəfə aşiq olub

 

30,3 faiz iki dəfə aşiq olub

 

16,8 faiz üç dəfə aşiq olub

 

10,9 faiz dörd və ya daha çox dəfə aşiq olub 

 

Ən geniş yayılmış cavab “iki dəfə” olub.

 

Tədqiqatın aparıcı müəllifi doktor Amanda Hesselman qeyd edib ki, insanlar tez-tez aşiq olmaqdan danışsalar da, bu hissin həyat boyu neçə dəfə yaşandığını birbaşa soruşan ilk araşdırma məhz bu olub.

 

Onun sözlərinə görə, əksər insanlar üçün ehtiraslı sevgi həyatda cəmi bir neçə dəfə baş verən təcrübədir.

 

Yaş faktoru da rol oynayır

 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yaş artdıqca yaşanan aşiqolma sayı da artır. Yaşlı iştirakçılar gənclərlə müqayisədə daha çox romantik təcrübə yaşadıqlarını bildiriblər.

 

Alimlər vurğulayırlar ki, bu nəticələr “yeganə yar” ideyasını sual altına alır. Bir taleyüklü sevgi əvəzinə, insanların çoxu həyatları ərzində bir neçə dəfə dərin şəkildə aşiq ola bilər.

 

Tədqiqat müəllifləri qeyd edirlər ki, ehtiraslı sevgi geniş yayılmış hissdir — insanların əksəriyyəti onu ən azı bir dəfə yaşayır. Lakin hər bir fərd üçün bu təcrübə nadir hallarda baş verir və epizodik xarakter daşıyır.

 

Kimlər daha çox subay qalır?

 

University of Zurich mütəxəssislərinin məlumatına görə, ali təhsilli, valideynləri ilə yaşayan şəxslər və kişilər daha çox subay qalmağa meyllidirlər.

 

Alimlər bildirirlər ki, həm sosial-demoqrafik amillər, həm də psixoloji xüsusiyyətlər insanın romantik münasibətə başlayıb-başlamamasına təsir göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 184 161 168 180 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.