İçin kədər dolu , gülüşün çox gözəl♡

Bu ölkədə sevmək günahdır kim nə deyir desin.Bax belə deyim : Bir insana qarşı hisslərini açıqlasan , o dəqiqə o insanda bir dəyişiklik , bir eqoizm , ruhsal dəyişikliklər və daha bir çox şey.Əslində nə xoş bir şeydir birinə olan hisslərindən danışmaq.Uşaq kimi olur insan .Deməsən qəlbində saxlasan..
Nə qədər qəlbinə atib saxlaya bilərsən ki?Saxlayarsan , saxlayarsan və sonda :
Boom:633:
Insanlar o qədər nankordular ki , özlərini sevməyənləri sevib , özlərini sevənləri rədd edirlər.Bir çoxumuzun etdiyi axmaqlıq budur əslində.Halbuki xoşbəxtlik bizim sevdiyimiz insanlarda deyil də , bizi sevən insanlardadır bəlkə də:452: :628:



Keçəcəyini düşünmüştüm . Əvvəlki kimi ola biləcəyimi sanmıştım.Xoşbəxtəm.Yəni bəlkə də elə olduğunu sanıram.Gün ərzində gülürəm.Hətta bəzən heç olmadığım qədər yaxşı hiss edirəm özümü.Amma bi anda , o gülüş anımda aglıma gəlirsən o an.Dəhşət verici bir şeydir.Yaxşı olduğum anda gözlərimi yerə zilləyə-zilləyə fikirləşirəm.Yəni mən doğurdan da yaxşıyam?Yoxsa bu mənim xoşbəxtlik oyunumdur? Mən heç özümü get-gəldə görməmişdim.Bu necə duygudur anlaya bilməzsən.Boğazımdakı bu cam qırıqları bir gün məni öldürəcək.Və onda sən də əbədiyyən məhv olacaqsan.


Həyat elə bir şeydir ki , birindən alıb birinə verir.Bəzilərinin pulu , bəzilərinin atası , bəzilərinin anası yox.Anama bağlı biri olaraq həmişə anama bir şey olsa nə edərəm sualını vermişəm özümə.Əlbəttə ki , bu sualım cavabsız qalıb.Həyatım boyunca hər şeyə qarşı dik durmağa çalışdım.Bəzən yıxıldım , heç kimə bəlli etmədim.Tək başına ayaqda qaldığım bütün zamanlarda yalnızlığımla qürur duydum.Çünki , heç bir toplu bu qədər güclü ola bilməzdi.Içim qan ağlarkən , ətrafa təbəssüm etdim.Belə olmalıydı çünki , içində qopan fırtınaları ûzündəki gülüş basdırmaq məcburiyyərində idi.Ona görə də gözəl gülən insanlar , çox kədər gizlədir içində.İçin kədər dolu , gülüşün çox gözəl:466: :636:

Redaktə etdi:Crazy_GirL







