n2006

n2006 Sevgi 12-03-2026, 07:30

SEVMƏK VƏ SEVİLMƏK

SEVMƏK VƏ SEVİLMƏK

bildikləri ən böyük “daşınmaz əmlaka” – sevgiyə görə… Anlamadan o sevgini sonradan itirənlərə həmişə yazığım gəlib.

Sevilirsənsə demək həyatdasan, varsan, mövcudsan, yaşamağa dəyər.. Sən yararlı insansan, boş yerə yaşamırsan, sıradan biri deyilsən..

İnsanın həyatda ən böyük qazancı sevilməyidir. Bu qazanc heç vaxt müsadirə olunmayan, mənimsənilə bilinməyən vardır, gücdür. O var çox olanda, səni ömrün bitəndən sonra da yaşadır – ürəklərdə, xatirələrdə…

Ey, dünyanın faniliyin anlamaq istəməyənlər, var-dövlət yığmaqdansa sevilməyə, özünüzə sevgi artırmağa çalışın…

Əgər sevilməmək bədbəxtlikdirsə, illər uzunu əldə etdiyiniz sevgini itirmək əsl faciədir. Qədrini, dəyərini bilin sizə olan bütün sevgilərin. Dünyada sevilməkdən böyük qazancınız olmayacaq. Son nəfəsinizədək sizi əhatə edənlər tərəfindən sevilməyə çalışın, insanlar,.. Sevilmək bəxtəvərlikdir.

Bəxtəvər olasınız… Hamıya mənalı həyat – qarşılığı olan sevgi arzulayıram!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 163 211 191 193 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.