AzizA

AzizA Məsləhətlər 12-03-2026, 07:45

Darçınlı qəhvə: şəkərsiz də şirin dadın sirri

Darçınlı qəhvə: şəkərsiz də şirin dadın sirri

Səhərə qəhvə ilə başlayanlar üçün sevindirici və faydalı bir üsul açıqlanıb. Mütəxəssislər bildirirlər ki, qəhvəni daha şirin etmək üçün şəkər əlavə etməyə ehtiyac yoxdur – bunun üçün sadə bir ədviyyə kifayətdir. Söhbət qəhvəyə əlavə olunan darçından gedir.

Loading.az xarici mediaya istinadla xəbər verir ki, darçın təbii şirin dadı sayəsində qəhvənin acılığını yumşaldır və içkinin dadını daha balanslı edir. Üstəlik, bu ədviyyədə demək olar ki, kalori yoxdur və tərkibində şəkər də mövcud deyil. Bir çimdik darçın qəhvəyə xoş ətir və yüngül şirinlik bəxş edir.

Bununla yanaşı, darçın bir çox faydalı maddələrlə zəngindir. Onun tərkibində kalsium, kalium, dəmir, maqnezium və manqan kimi minerallar mövcuddur. Ədviyyə həm də lif və antioksidantlarla zəngin olduğundan həzmi yaxşılaşdırmağa və orqanizmi zərərli təsirlərdən qorumağa kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, darçın qanda şəkərin səviyyəsini aşağı salmağa da kömək edə bilər. Bu isə uzun müddət toxluq hissi yaradır və artıq qida qəbulunun qarşısını alır. Nəticədə belə qəhvə arıqlamaq istəyənlər üçün də daha uyğun seçim sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 127 122 145 154 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.