Darıxmaq - Nyutonun cazibə qanununa edilən ən böyük etirazdır
Darıxmaq -
Nyutonun cazibə qanununa edilən ən böyük etirazdır.
Cisimlər bir-birini kütlələri qədər cəzb etməliydi axı...
Bəs niyə sənin "yoxluğun",
Bütün planetlərin "varlığından" daha ağır gəlir ruhuma?
Bu, fizikanın iflasıdır, əzizim...
Maddənin antimaddəyə məğlubiyyəti,
Və boşluğun ən yüksək sıxlığa çatmasıdır.
Bax, neyronlarımda sinaptik əlaqələr qırılır,
Yaddaşımın arxivi sən adlı virusa yoluxub sanki.
Darıxmaq -
Bioloji bir ritm pozğunluğudur;
Ürəyin sistolası ilə diastolası arasına girən,
O sonsuz sükut müddətidir.
Oksigenin ciyərlərə deyil,
Birbaşa xatirələrə diffuziya etməsidir.
Zaman?
O, artıq xətti axmır mənim üçün.
Eynşteyn haqlıydı, zaman nisbidir...
Sənsizlikdə saniyələr elə genişlənir ki,
Hər an bir əsr qədər uzanır,
Və mən o zamanın içində "statik" bir nöqtəyə çevrilirəm.
Bu, termodinamikanın entrpiyasıdır —
Sən yoxsan deyə, kainatım nizamsızlığa sürüyür məni.
Darıxmaq —
Asanlıqla həlli tapılmayan transsendent tənlikdir.
Bütün məlumları, sabitləri yerinə qoysan da,
Cavab həmişə eyni çıxır: "Sonsuzluq"..
Səbinə Xasıyeva







