Mira_

Mira_ Sevgi / Hekayələr 26-10-2017, 22:38

Həyatına girən hər kəs..

Həyatına girən hər kəs..


Həyatına girən hər kəs bir vəzifə üstlənib girir həyatına.Fikir verirsənsə , biri sənə özünü xatırladır , biri özündən qaçdğını , biri həyatındakı gözəllikləri göstərir.Və hər kəsin bir vaxtı olduğu üçün vaxtından əvvəl girmir heç kim həyatına.Sənin vaxtından əvvəl dünyaya gəlmədiyin kimi .
Vaxtları dolduqlarından ya adi , ya da böyük bir səbəbdən çıxıb gedirlər.Sən getmə desən də , onsuzluğa alışmaram desən də vaxtı bitmiş şeylərin qabağına keçə bilmirsən.Və əmin ol ki yaxşı ki keçə bilmirsən.Çünki , vaxtı dolmuş birini həyatinda tutmağa çalışmaq özünə əziyyət etməkdən başqa bir işə yaramaz.Çünki , bu elə bil çalışmayan saatdan düzgün vaxtı göstərməsini gözləmək kimi bir şeydi.
Niyə belə düşünürəm ?Çünki , həyatıma girən hər insan mənə bir şey öyrətdi.Öyrətdiyini anladığımda getdi..
Odur ki, heç kimin yoxluğu mənə təsir eləmir."Vaxtı bitibsə başqa bir hekayə məni gözləyir deyirəm artıq".Sən də vaxtını vaxtı dolmuş birisi ûçün sərf etmə.Çünki , başqa bir hekayə yaşanmaq üçün səni gözləyir♡Bəlkə də daha gözəl hekayə .



Ondan əvvəli də var idi.Ondan əvvəl də gülürdün .Ondan əvvəl də sevirdin.Ondan əvvəl də bir çox şeylər vacib idi sənin üçün.
Ondan əvvəl də başqa bir mahnıda ağlayırdın.Ondan əvvəl də zaman keçərdi , günəş açılardı.Ondan əvvəl də xoşbəxt idin.
Xatırlayırsan?Ondan əvvəl də yaşayırdın , sonra da.
Niyə indi edə bilməyəcəyini zənn edirsən?
Xatırla əvvəlini.Bundan sonrasının yaxşı olması , əvvəlini xatırlamayında gizlidir bəlkə də.
Bil ki , bu həyatı yaşaya bilmirsənsə başqalarını deyil , özünü itirdiyin üçündür əslində.



Kim olduğunu bilmirəm və ya nə acılar çəkdiyini bilmirəm.Bəlkə də sevdiyini başqasıyla xoşbəxt olmağına şahid oldun , bəlkə sevgilin səni aldatdı və ya sənə ümid verib səni yarı yolda qoyub getdi.Ümid necə bir şeydi bilirsən?Görməyən birinə göy qurşağını başa salmaq qədər çətin bir şeydi ümid.Ona göy üzününün gözəl mavi olmasını başa salmaq qədər çətin bir şeydir ümid.Ümidini itirdiyin an hər şeyini itirmiş olursan.Ümid bəzən eşq kimidir.Məsələn etməm deyərsən edərsən , ümid də elədir ki olmaz deyersən olar.Hər kəsə danışma dərdini , ən yaxınına belə.Çünki , bugün dərdinə dərman olan biri , sabah bir səhvində ona danışdığın dərdinlə yara vurar sənə.


Tərk mi edildin ? Yerinə bir şey qoy.Musiqi qoy , kitab aç , birinə qollarını aç .Səni sevmirmi artıq ?Qaç başqa birini sev.Yox istəmirəm ya da birini tapa bilmirəm deyirsənsə təbiəti sev , dənizi sev , incəsənəti sev, biraz özünə qayıt özünü sev.
Insan itirdiyi şeylərin yerini doldura bilmədiyi üçün bədbəxtdir.Amma mən heç vaxt itirən tərəf olmadım , itirən məndən oldu.
Bax mənə açdım yeni bir səhifə keçdi getdi artıq:466: :636: :578:
#Arzuwkadansənə #həyattəcrübəsi #öyrəndiklərim

Redaktə etdi:Meley0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 373 420 431 401 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.