Ölsəm...bağışla....

Bu sənə son məktub, bu sənə son söz
Qəlbini sözümlə dəlsəm bağışla
Bəlkə bu ayrılıq olacaq sonsuz
Əzib qürurumu gəlsəm bağışla
Darıxsan rəsmimi öpüb qucaqla
İstəsən qarğış et, istəsən ağla
Qazıyıb köksümü bir gün bıçaqla
Adını qəlbimdən silsəm bağışla
Ayrılıq qəlbini oda yaxarkən
Dalıb xəyallara hey darıxarkən
Mənsiz gözlərindən yaşlar axarkən
Səndən uzaqlarda gülsəm bağışla
Unutmaq çətindi bilirəm sözsüz
Bir təhər güc topla mənsizliyə döz
Bu sənə son məktub, bu sənə son söz
Ölsəm unutmarsan, ölsəm... bağışla
Müəllif: Rüfət Sabirli






