#Qıya biLməzsən sevdiyinə..
Birini sevdiyini nə vaxt anlayarsan? - Onun ağrılarını özündə hiss etsiyin an. Bilirsən,birini sevdiyin an hər anın onunla keçər. Hər an ağlına gələr. Bütün xoş anlarında. Ürəyin sıxılan an ona mesaj yazarsan cavabında isə o yazar "kefsizəm bir az". Təsadüf deyil bu. Birini sevdiyin an onunla aranda görünməz bir bağ yaranar. Onu özündə hiss edərsən. Acılarını,gülüşlərini,sevinclərini,hüzünlərini.. Toxunmağa qıymazsan,onu itirməkdən hər an qorxarsan. Əlçatmaz sanarsan əvvəl onu .Sonra cəsarətini toplayıb onun üçün mübarizə apararsan .Qarşında isə ruhən yorğun biri vardır, yaraları olan biri.. Artıq tək istəyin onun yaralarını sağaltmaq olar. Amma bu çox çətindir çünki sevdiyin o qədər incinmiş, o qədər üzülmüşdür ki səni özünə yaxın buraxmaqdan qorxar. Onu üzənlərdən sonra insanlara soyumuşdur artıq . Başqalarının səhvlərinin cəzasını sən çəkərsən. Sevgini,səmimiyyətini görməsi, inanması çox çətindir bu andan sonra .Amma sən yenə də əl çəkə bilməzsən . Çünki onun varlığı belə bir səbəbdir sevməyin üçün.. Özdemir Asaf`ın da dediyi kimi ; " Sevgi görməkdən çox darıxmağı sevər.. Toxunmaqdan çox xəyal etməyi.. Və sevgi o qədər qəddardır ki, Gedər harada imkansız varsa onu sevər.






