Sun.Az - Həyat Hekayəni Yarat
reklam
♔Princess♔

♔Princess♔ Moda.Dəb 28-04-2016, 19:18

Bu il dəbdə olan saç rəngi

Bu il dəbdə olan saç rəngi
Sun.Az xəbər saytı


Karamel rəngli saçların moda dünyasından silinməyə heç bir niyyəti yoxdur!

Saçlar hər bir qadın üçün bir növ "geyim” rolunu oynayır. Onların sayəsində obrazda əsaslı dəyişiklik etmək olar. Lakin saçları rəngləmək həmişə problemli məsələ olub. Çünki hər il bizə özünün müxtəlif dəb cərəyanlarını diktə edir. Ümumiyyətlə, saç rəngləri seçərkən peşəkarlara müraciət etmək lazımdır, ən əsası, göz rəngi və dəri çalarına əsaslanmaq tələb olunur. Lakin narahat olmağa dəyməz, çünki saç ustaları bu il xanımları sevindirib.

Təbii saç rəngləri yenidən dəbə minib. İddialı karamel rəngli saçlar 7-8 il əvvəl dəbə minmişdi. Bir çox stilistlər yaz-yay kolleksiyalarında təbii saç çalarlarına yenidən üstünlük verib. Beləliklə, sağlam parıltı və təbii çalarlar bu il ərzində dəbdə olacaq. Xüsusilə, karamel çalarların bu ilə damğa vuracağı proqnozlaşdırılır.
Karamel tonları həm açıq, həm də tünd dərili xanımlara yaraşan universal rəngdir.

Karamel saçların qüsursuz görünüşünü qoruması üçün qulluq olduqca mühüm mərhələdir. Əks halda, saçlar cansız görünəcək. Bunun üçün mütləq boyalı saçlar üçün nəzərdə tutulan şampun və saç kremi istifadə edin.



Bu il dəbdə olan saç rəngi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1017 968 841 865 903 935

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.