Bu dünyadan açıq getsin gözlərim
İçimdə bir qayğı ilə gedirəm,
Gün üzünə həsrət qalsın gözlərim.
Bir gün geri dönə bilməsəm əgər,
Bu dünyadan açıq getsin gözlərim.
Qürbət imiş içimdə gizli qalan,
Çıxıb gedim heç arxama baxmadan.
Artıq burda istəsəm də qalmaram,
Olsun sənə həsrət yansın gözlərim.
Qurumuş bir yarpaq idim, budaqda,
Dözmürəm heç sənsizliyə bax bu an.
Gizli-gizli kirpiklərin ardından,
Yaşlarını içə tökər gözlərim.
Mən bilmərəm dağları külək bilər,,
Nə geriyə qayıdar, nə incinər.
Nə də səndən başqasına əyilər,
Gündə yüz min gözəl görsə gözlərim...
• Nurəddin Rəncbər







