AzizA

AzizA İdman 27-03-2026, 15:30

Mbappe Fransa millisində tarixi rekorduna çatdı

Mbappe Fransa millisində tarixi rekorduna çatdı

Fransa millisinin hücumçusu Kilian Mbappe XXI əsrdə yığma üçün qol vurma üzrə rekord seriya nümayiş etdirərək ardıcıl yeddi oyunda fərqlənib. O, bununla əfsanəvi həmyerlisi Jan-Pyer Papenin nailiyyətini təkrarlayıb.

Loading.az xəbər verir ki, dünən gecə hücumçu Braziliyaya qarşı yoldaşlıq oyununda hesabı 32-ci dəqiqədə açıb.

Bundan əvvəl Mbappe İspaniya (5 iyun), Almaniya (8 iyun), Ukrayna (5 sentyabr), İslandiya (9 sentyabr), Azərbaycan (10 oktyabr) və yenidən Ukrayna (14 noyabr) millilərinə qarşı oyunlarda da qol vurub.

Kilian Mbappedən əvvəl Fransa millisində ardıcıl yeddi oyunda qol vuran yeganə futbolçu Jan-Pyer Papen olub. Onun bu rekordu 1990-cı ilin sentyabrından 1991-ci ilin noyabrına qədər olan dövrə təsadüf edir.

Braziliya millisinə vurduğu qol Mbappenin Fransa futbolunda daha bir rekorda yaxınlaşmasına səbəb olub. O, hazırda yığmanın ən yaxşı bombardiri olan Olivye Jirudan cəmi bir qol geri qalır: Jirunun hesabında 57 qol var.

39 yaşlı Jiru iki il əvvəl milli komandadakı karyerasını başa vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
158 127 134 141 164 119

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.