“İnstagram” tamamilə yeni dizayn hazırlığındadır!

“İnstagram” tamamilə yeni dizayn hazırlığındadır!


Digər sosial şəbəkələrin əksinə “İnstagram” həmişə ən yavaş inkişaf edən sosial şəbəkə olub. Bütün tətbiqetmələr skeumorphist (Skeumorphism dizayn konsepti dizayn elementlərini real həyatdakı qarşılıqlarına bənzətməkdir, yəni əgər söhbət şəkil çəkməkdən gedirsə, dizayn olaraq kamera şəklindən istifadə etməkdir.) dizayn anlayışından çıxarkən, “İnstagram” hələ də tətbiqetmə ikonu olaraq həqiqi kamera şəklindən istifadə edir. Ancaq yeni paylaşılan şəkillər tətbiqetmənin yenilənəcəyini göstərir.

Anton Abramovun “The Verge”-ə göndərdiyi şəkillərdən görünür ki, “İnstagram” göy-narıncı dizayn xəttini dəyişdirərək qara-ağ dizayn xəttinə keçəcək. Şəkillərdən göründüyü kimi tətbiqetmədə ağ rəngə üstünlük verilib və ikonlar tamamilə yenidən dizayn edilib.

Nəticə olaraq, “İnstagram” tamamilə modern və yenilikçi dizayna sahib olacaq





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
738 781 718 706 700 625

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.