cabir

cabir Müxtəlif 29-03-2026, 21:45

Turistlərin ən çox oğurluqla üzləşdiyi şəhərlər məlum oldu

Turistlərin ən çox oğurluqla üzləşdiyi şəhərlər məlum oldu

Qlobal miqyasda aparılan və 13 min rəyin təhlil edildiyi araşdırma nəticəsində turistlərə qarşı ən çox oğurluq hallarının qeydə alındığı şəhərlərin siyahısına Paris, Roma və Barselona başçılıq edir.        Sun.Az                    xəbər verir ki, bu statistika İspaniyada fəaliyyət göstərən "El Caso" nəşri tərəfindən ictimaiyyətə təqdim olunub.           

Reytinq cədvəlində 16.5% göstərici ilə Fransanın paytaxtı Paris birinci yerdə qərarlaşıb. İtaliyanın paytaxtı Roma istifadəçi şərhlərinə əsasən, soyğunçuluq faktlarının 10.7%-i ilə ikinci, Barselona (İspaniya) isə cinayət qeydlərinin 5.3%-i ilə üçüncü sıradadır.

Məqalədə vurğulanır ki, Barselona şəhəri turistlərin qarət edilməsi üzrə qlobal mərkəzlərdən biri statusunu getdikcə daha da gücləndirir.

Sözügedən araşdırma çərçivəsində 2024-cü ilin oktyabr ayından 2025-ci ilin noyabr ayınadək yazılmış rəylər incələnib. Təhlil zamanı səyahətçilərin şərhlərində yer alan "cibgirlik", "oğurluq" və "fırıldaqçılıq" kimi açar sözlərə xüsusi diqqət yetirilib.

        

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
160 148 185 133 157 134

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.