ice berg

ice berg İdman 30-03-2026, 13:00

"Tottenhem" baş məşqçi ilə yollarını ayırdı

"Tottenhem" baş məşqçi ilə yollarını ayırdı

Londonun "Tottenham Hotspur" klubu baş məşqçi İqor Tudor ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

 

Loading.aZ klubun rəsmi saytına istinadən xəbər verir ki, Tudor fevralın 14-dən komandaya rəhbərlik edirdi.

 

Bu müddətdə komanda İngiltərə çempionatında dörd dəfə məğlub olub, bir dəfə heç-heçə edib, Çempionlar Liqasında isə 1/8 final mərhələsində "Atletiko Madrid"ə uduzub.

 

Məşqçi ilə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar. "Tottenham Hotspur" hələlik yeni baş məşqçinin adını açıqlamayıb. Komanda hazırda turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 146 178 164 175 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.