Lusi

Lusi Sevgi / Müxtəlif 29-10-2017, 19:00

- Sadecə oxu ..

- Sadecə oxu ..



- Əgər varsansa şəhərin mərkəzində görüşək, ya bir çay, ya bir viski, ya da cibimizə görə nə varsa, içək. əgər varsansa sərxoş ol, bir siqaret yandır üzü küləyə. əgər varsansa başımı çiyninə söykəyim, səsindən ən sərxoş mahnılar dinləyim. əgər varsansa, Dionis yoxdu demək, Afrodita uydurmadı. əgər varsansa özünə şərab süz, Danışax. bir az dünyanın işlərindən, hurilərindən, cənnətdən, müjdələrindən, cəhənnəmdən, əzabdan, hikkələrindən, mükafatından danışaq. elə tənhayam ki, əgər varsansa, bir sevgi şeiri, ya kədərli bir musiqi dinləyib ağlayaq. ya da əgər varsansa, içkimiz bitməsin. yay gəlməsin , silahlar səslənməsin, sevgililər getməsin, analar qocalmasın, uşaqlar ölməsin! əgər varsansa əsməsin bu iyrənc küləklər, çöksün diktaturalar, dağılsın qanlı rejimlər. rahatlaşsın yorğun beyinlər, kədərli ürəklər. əgər varsansa çıx get, rahat yaşasın insanlar, Sən olan yerdə sükunət, bir də yalançı ümid var. sənsiz daha xoşbəxt olar, bu dünya, bu ölkə, bu şəhər. çıxıb gedəcəyin bir yer yoxdursa, çəkilib özünə yaşa, birtəhər. əgər varsansa, susma. Danış mənimlə, sakitləşsin ağrım. əgər varsansa görün, Toxun mənə, toxun mənə Tanrım!


Ps. Məqalənin DİNlə əlaqəsi yoxdu
Sadecə, həyatin cetinliyinə xitam edilmis bir paylasimdir.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
646 663 623 630 612 532

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.